Azərbaycanlı kiqboksçu Alim Nəbiyev azarkeşlərini, o cümlədən dünya Azərbaycanlılarını sevindirmək üçün yenə də rinqə çıxır. İyunun 22 də Fransanın paytaxtı Parisdə - Zenit Paris la Vilette idman kompleksində kiqboksun parlaq ulduzu olan igidimiz gücünü sınayacaq. Nüfuzlu idman yarışında Alim Nəbiyevin iştirakı RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI və şəxsən təşkilatın rəhbəri Fizuli Məmmədovun maliyyə dəstəyi ilə təmin edilib.
«Professor» ləqəbli Alim Nəbiyev 77 kq çəki dərəcəsində dünya reytinqi üzrə bir nömrəli kiqboksçu hesab edilir. 7 qat dünya və 3 qat Avropa çempionu olmuş soydaşımız Parisdə yerli döyüşçü Sedrik Doumbe ilə qarşılaşacaq.
Avropada, xüsusən də Parisdə yaşayan Azərbaycanlıları bu idman hadisəsinə qatılmağa dəvət edirik. Rəqibimizin köməyi doğma divarlar - Fransadırsa, soydaşımızın dəstəyi də Bizlər olaq. Sübut edək ki, onlar çox ola bilər, - amma BİZ AZƏRBAYCANLIYIQ!!!
P.S. Bütün soydaş və həmvətənlilərimizdən bu xəbəri paylaşmağı xahiş edirik.
Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidməti