Rusiya Azərbaycanlıları İttifaqı iyunun 4-də Bakıda Azərbaycanın aparıcı KİV nin təmsilçiləri ilə görüş keçirib.Tədbirdə Rusiya Azərbaycanlıları Ittifaqının rəhbəri Fizuli Məmmədov, jurnalistlər, blogerlər, media üzrə ekspertlər və politoloqlar iştirak edib. Gecəyə dəvət almış qonaqların əksəriyyəti Rusiya ilə Azərbaycan arasındaki humanitar münasibətləri və diaspor mövzusunu işiqlandıran media mənsubları olub.