Rusiya Azərbaycanlıları İttifaqının dəstəyi ilə “Qarabağ” komandası avqustun 22-də Qroznıy şəhərində keçriləcək “Nə, Harada, Nə zaman” beynəlxalq intellektual turnirinə qatılacaq.
Tədbirdə Rusiya Azərbaycanlıları İttifaqını Təşkilatın vitse-prezidenti Elunur Hüseynov təmsil edir. Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri isə Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilidir.
Proqarama əsasən turnir iştirakçıları milli lider Heydər Əliyevin və çeçenlərin milli lideri Əhməd Kadırovun Qroznıy şəhərindəki abidələrini ziyarət edəcəklər.
Səfər çərçivəsində nümayəndə heyətinin Çeçenistan Respublikasının dövlət rəsmiləri ilə görüşləri planlaşdırılır. Rusiya Azərbaycanlıları İttifaqı və səfərə informasiya dəstəyi verən Azərbaycan Diasporu İnformasiya Mərkəzi adından Çeçenistanın rəsmilərinə təşəkkür plaketlərinin təqdim ediləcəyi nəzərdə tutulub. Çeçenistandakı Azərbaycan icmasının üzvləri ilə görüş də səfər proqramına daxil edilib.
Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidməti