RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQInın Tula vilayəti üzrə nümayəndəliyinin rəhbəri 51 yaşlı Məhsud Məmmədov yeni növ koronavirusdan rəhmətə gedib. RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQInın koordinasiya şurası nəzərə çatdırır ki, Məhsud Məmmədovun rəhmətə getməsi Rusiya Azərbaycanlıları İttifaqı üçün böyük itgidir. O, fəal diaspor sədri olmaqla yanaşı həm də vətənpərvər, vətənini və millətini düşünən bir insan idi. Onun ölümü bütün diasporumuzu sarsıtdı. Məhsud Məmmədov Azərbaycanın bütün əlamətdar günlərini Tula vilayətində qeyd etməklə yanaşı regionun sosial həyatında da yaxından iştirak edirdi. Uşaq və qoçalar evlərini daim ziyarət edən, M.Məmmədov vilayətdə azərbaycançılıq ideyasını yaşadaraq, soydaşlarımızın həmrəyliyi üçün usanmadan çalışırdı. RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQInın koordinasiya şurası adından Məhsud Məmmədovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik. Amin!