Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq, Rusiya Federasiyasının bütün subyektləri özünütəcrid rejiminə keçib. Hadisə ilə əlaqədar olaraq RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI-nın operativ qərargahına daxil olan müraciətlərin sayında kifayət qədər artım hiss olunmaqdadır. RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI-nın nümayəndələri tərəfindən növbəti xeyriyyə aksiyası isə Rusiyanın Velikiy Novqorod şəhərində keçirilib. Belə ki, şəhərin çoxuşaqlı və aztəminatlı ailələrinə baş çəkilib.
RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI-nın operativ qərərgahının üzvü və Veliky Novqorodda keçirilən xeyriyyə aksiyasının koordinatoru Elşad Qurbanov ziyarət etdikləri alilələrin üzvlərini RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI-nın prezidenti Fizuli Məmmədov adından salamladıqdan sonra, onlara ərzaq səbətlərinin təqdim edib.
Ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Elşad Qurbanov isə öz növbəsində lazım gəldikdə və ehtiyac yarandıqda əlaqə saxlamaları üçün şəxsi əlaqə məlumatlarını sakinlərlə bölüşüb.