Aksiyanın məqsədi şəhərin aztəminatlı ailələrinə yardım etmək olub.
RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI və DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT FONDU-nun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Krasnodar diyarı üzrə RAİ nümayəndəsi Cəlal Abdullayev Novorossiysk şəhər rəhbərliyinə aztəminatlı ailələri ziyarət etməyini bildirib.
İlyas Nəsirov, Fərhad Fərhadov, Danil Osmanov, Hacı Balaşov və Mətləb Qafarovun da daxil olduğu komanda ilə birlikdə Cəlal Abdullayev 35 aztəminatlı ailəyə baş çəkərək, onları lazımi ərzaq və məişət əşyaları ilə təmin ediblər.
Ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Aksiya zamanı Cəlal Abdullayev bu çətin gündə hər kəsin bir olmasının əhəmiyyətini qeyd edib.
“Milli və dini baxışlarından asılı olmayaraq Biz birik. Bu çətin anda yalnız birləşməklə, bu gərginliyi aradan qaldıra bilərik! Bu vəziyyətdə hər kəsə kömək əli uzatmağa hazırıq! ”, - deyə Cəlal Abdullayev bildirib.