Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin 70 illiyinə həsr olunan kiqboqsinq üzrə Moskvada keçrilən beynəlxalq turnirdə Xəyal Canıyev çinli rəqibi Kai Xuanqbinə qalib gəlib. İkinci raundda nokautla sonuclanan qarşılaşma həm də gecənin ən yaddaqlan döyüşü kimi qiymətləndirilib.
Həmyerlimizə azarkeşlik edənlər arasında Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov, beynəlxalq dərəcəli idman ustası, cüdo üzrə veteranlar arasında ikiqat dünya çempionu Rasim Ağamirov, tanınmış kiqboksçu, dünya çempionu Zabit Səmədov də olub.
Rusiya Azərbaycanlıları İttifaqı Rusiyada şərq əlbəyaxa idman növü ilə məşğul olan azərbaycanlı peşəkar idmançılara maddi və mənəvi dəstəyi ilə seçilir.