7 (495) 981-6777 Müraciət Əlaqə
RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI
RU | AZ
  • BAŞ SƏHİFƏ
  • AZƏRBAYCAN
    Tarix Ərazi Əhali Konstitusiya Dövlət rəmzləri Bayramlar
  • QARABAĞ
    Tarixi Qarabağ münaqişəsi Xocalı soyqırımı İşğal əraziləri Erməni terroru Dövlət siyasəti
  • RAİ PREZİDENT
    Tərcümeyihal Təbriklər Başsağlığı Fotolar
  • TƏŞKİLAT
    Vitse-prezidentlər İdarə heyəti RAİ Prezidentinin müşavirləri Regionlar
  • MƏTBUAT XİDMƏTİ
    Mətbuat xidmətinin rəhbəri Xəbərlər Elanlar KİV haqqımızda
  • LAYİHƏLƏR
    Bitən layhələr Davam edən layihə
  • TƏDBİRLƏR
  • QALEREYA
    Foto Qalereya Video Qalereya
Baş səhifə / Ərazi
Geri
SÜRƏTLİ MENÜ

Sürətli Menü

  • Tərcümyihal
  • İdarə Heyəti
  • Xəbərlər
  • Elanlar
  • Bitən Layihələr
  • Davam edən layihələr
  • Tədbirlər
  • Foto Qalereya
  • Video Qalereya
  • Əlaqə

Ərazi

Ərazi

Tarixi ərazi

Miladdan öncə (M.ö.) VIII əsrin son rübündə II Sarqon o vaxt Arrapha adlanan indiki Kərkük bölgəsindən Urmu gölünün cənubundakı Mazamua bölgəsinə gedən «şah yolu» haqqında fərman vermişdi ki, bu yol təmir edilsin. Fərmanın icrası ilə bağlı məlumat verən şəxs kitabənin sonunda yazmışdır: «Mən yenidən Sare şəhərindən Dur-Atanate şəhərinə çıxıram. Arraphalılar “Dur-Atanate”dən Dur-Taliti şəhərinə hərəkət edirlər. (Mən) yenidən Dur-Taliti’dən Azari şəhərinə yönəlirəm».
Göründüyü kimi, şah yolunun marşrutu Arrapha-Atanate-Taliti-Azari şəhər və ya bölgələrindən keçir. Mətni dərc edən tədqiqatçılar Azari şəhərini Mazamua bölgəsində yerləşdirirlər. Bu bölgənin tarixindən məlumdur ki, əvvəllər orada lulu, turuk (türk), zəngi və kuman boyları yaşayırdı. Kitabənin yazıldığı dövrdə həmin bölgə Manna dövlətinin mərkəzində idi. Ona görə də, indiki Kərkük ilə Urmu gölü arasında yerləşən Azari şəhəri və ya qalasının türk boylarından olan azərlərin adı ilə adlanması təbii idi.
Midiya hökumətindən sonra bu yerlərə "midiyd" adı verilmişdir. Midiyd ölkəsi quzeydən Araz çayından başlayıb güneydən Əlvənd dağınacan uzanırmış Şərqdən Qızılüzən çayı və Qərbdən Urmu gölünün düzənliyinəcən genişliyi var imiş. Mad üç qismətə bölünürmüş:
Birinci mad (Higmətanə), İkinci mad (Rey), Üçüncü mad (Urmu gölünün ətrafındakı düzənliklər-sonralar Atropatena).
Həmin zamanda Araz çayının quzeyində utilər (udinlər-utenlər), sudilər, elyadikilər, qaronailər, ayniyanilar, anariyakilər, gillər, viklər, silovlar (cililər), lopinlər (lipilər), didirolar, qarqarlar (xarxarlar), kaspilər və sanarolar yaşayırmışlar. Bu qolların birləşməsindən Albanlar yaranmışdır.
Sasanilər zamanı Azərbaycanda önəmli dəyişikliklər baş vermişdir. Xosrov Ənuşirəvan (531-578) İranı dörd yerə bölüb, dörd "sepəhbod"a tapşırmışdır. Bu bölümlər "kost" adlanırdı. Bu kostlardan biri Quzey kostu (Aturpatgan) idi ki, Şirvan və Aran hər ikisi Aturpatgan kostunda yerləşirdilər və bunların şahları Aturpatgan sepəhboduna tabe idilər.
Azərbaycanın şimal sərhədinin Sasanilər dövründə Dərbəndədək uzandığı barədə həmin şəhərin hasarlarındakı pəhləvi yazıları məlumat verir; bu yazılar b.e. 553 -cü ilində Azərbaycandakı Sasani mərzbanı Bərzini tərəfindən tərtib edilmişdir.
Azərbaycan 22-ci hicri ilində Ərəb sipahilərinin əlinə düşdü. "Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazisi Həmədan, Əzhər, Zəncandan tutmuş Dərbəndədək uzanırdı" (Dərbəndnamə, səh. 25).
Ərəblərin hücumu zamanı Azərbaycanın şimal hissəsi olan Arran və Sünik Gürcüstanın bir hissəsi ilə birlikdə xəzərlərin əlində idi. Azərbaycan və Arran istila edildikdən sonra bu ölkələrin ərazisi mahiyyətcə dəyişməz qalmışdı, yalnız bu ərazinin inzibati adı dəyişdirilmişdi. Məsələn, ibn əl-Fəqih bildirir: "Azərbaycanın ərazisi Bərdə torpaqlarından Zəncan torpaqlarına qədərdir. Varsan Azərbaycanın son nöqtəsidir. Azərbaycanın hüdudu Araza qədərdir" (İbn əl-Fəqih, səh. 285).
Ərəb mənbələri Arran və Süniki bəzən müstəqil vilayət kimi, bəzən də Azərbaycanın tərkibinə daxil olan mahallardan biri kimi göstərmişdir. Arran Azərbaycanın tərkibində "Yuxarı Azərbaycan" (Azərbaycan əl-Ülya) adlandırılırdı. Lakin ərəblər çox vaxt üç tarixi -coğrafi ərazini – Azərbaycan, Arran və Ermənistanı bir inzibati vahiddə birləşdirərək bir canişinlik yaradır və buranı "Azərbaycan" adlandırırdılar.
Azərbaycanın şimal və cənub sərhəddlərini dəqiqliklə göstərən Təbəri yazır: "Azərbaycan böyük ölkə olub, cənubunda Həmədan, şimalında isə Dərbənd yerləşir." (Chronique de Tabari..., p. 494). İstəxri isə bu məlumatı verir: "Biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq. Azərbaycanın sərhədləri Tərm və Zəncanın son həddinə çatan dağ silsiləsidir. Sonra bu silsilə Dinavərin son hüduduna çatır, sonra Hülvan və Şahrazurun o tərəfinədək uzanır, nəhayət, Dəcləyə yaxınlaşır, sonra isə Ermənistan hüdudlarını əhatə edir" (Əl-İstəxri, səh. 180-181).
Azərbaycanın hər tərəfini gəzib onun xəritəsini tərtib edən İbn Havqəl İstəxrinin dediklərini tamamlayaraq, Azərbaycan, Arran və Ermənistanın ümumi xəritəsini yaratmış və bunu "Azərbaycanın xəritəsi" adlandırmışdır. O, Xəzər dənizinin də xəritəsini çəkərək, bütün sahil ərazisini Dərbəndədək Azərbaycan adlandırmışdır.
Tarixi kitablarda Azərbaycan əraziləri barədə fərqli yazılar var. Arran və Şirvan şəhərləri gah Azərbaycanın məmləkəti sayılır, gah da müstəqil ərazi kimi göstərilir.
Xarəzmşahlar dövründə Məhəmməd ibn Nəcib Bəkran "cəhannamə" kitabında Sultan Məhəmməd Xarəzmşaha belə izahat verir: "Kür Azərbaycan hududunda bir çaydır, Bərdədən 3 fərsəx arası var və Kür adlanır… Cənzə ( Gəncə) və Nəşuy (Naxçıvan) Azərbaycan vilayətidir və onun qəsəbəsi Ərdəbildir".
Səfəvilər dövründə "Azərbaycan vilayəti" dörd bəylərbəyinə bölünürmüş: Təbriz bəylərbəyi, Çuxursəd bəylərbəyi, Şirvan bəylərbəyi və Qarabağ bəylərbəyi. Bu bəylərbəyliklər Azərbaycanın tarixi coğrafiyası haqqında tam təsəvvür formalaşdırmağa imkan verir.
Zəndlərin hakimiyyəti dövrünə aid iki tarixi məktubda da Azərbaycanın sərhədləri göstərilmişdir. Bu məktublardan biri Kərim xan Zənd, digəri isə Əlimurad xan Zənd tərəfindən yazılmışdır. Həmin məktublarda Gəncə, Qarabağ, Naxçıvan, Şirvan, həmçinin "Əlişəkər"in hakimiyyəti altında olan ərazi; Savə, Ərak və Həmədan da daxil olmaqla, indiki İranın Mərkəzi, Həmədan, Tehran və Qum ostanının bir qismi və üstəlik Kürdüstan ostanının şərq hissəsi və Kirmanşah ostanının üçdə biri və həmçinin Loristan ostanının bir hissəsi Azərbaycan sərhədləri daxilində təqdim edilmişdir.
Azərbaycan 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri əsasında İran və Rusiya arasında iki hissəyə parçalanmışdır. Ərazinin çox hissəsi cənubdadır.
Azərbaycan 1918-ci ildə öz müstəqilliyini əldə edəndə İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra ərazisi 99908,86 km2 təşkil edirdi. 13983,1 km2 ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min km2 müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min km2-i Azərbaycan xalqının əlindən alındı.
Müasir Azərbaycan Respublikası 1991-ci ildə yenidən öz müstəqilliyini əldə edərək 86,6 min km2 ərazisi ilə dünya coğrafiyasında öz yerini tutmuşdur.

 

Milli ərazi
Asiya qitəsində Baqrau (Boqrov) dağlarının cənub ətəyindən Samur çayı vadisinədək, həmçinin Xəzər dənizinin qərb sahili ilə Urmiya gölünün qərb sahili arasında qalan ərazi Azərbaycan adlanır. Onun ümumi sahəsi 200 000 km2-dir.
Qara dənizdəki Taman yarımadasından Abşerona qədər 1500 km uzanır. Onun cənub-şərqini, Kiçik Qafqazın çox hissəsini, Kür-Araz ovalığını, Talış dağları, Savalan, Qaradağ, Bozquş silsiləsini və İran yaylasının bir hissəsini özündə birləşdirən dövlət Azərbaycandır.
Azərbaycan Avropa, Orta Asiya, Şərqi Asiyanı birləşdirən yolların - tarixi "İpək yolu"nun üstündə yerləşdirdiyi üçün əlverişli coğrafi mövqeyə malikdir. Ona görə də tarix boyu yadelli işğalçıların hücumlarına məruz qalmışdır. Azərbaycan şimal və şərq yarım-kürələrində yerləşir; coğrafi koordinatları belədir:
- ölkə 39°24', 41°54' şimal en dairələri arasında və 44°46', 50°45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Qərbdən şərqə 500 km, şimaldan cənuba 400 km uzanır. Qərbi ilə şərqi arasında saat fərqi 24 dəqiqədir.
Hazırda Azərbaycanın ərazisi 86,6 min km2-dir. Onun da 20%-i Ermənistanın işğalı altındadır.
Ucqar nöqtələri:
1. şm. - Quton dağı
2. c. - Astaraçay
3. ş. - Suiti b. (dənizdə "Neft daşları")
4. q. - Candargöl (Naxçıvanda Sədərək)

Qonşuları:
Dövlət sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.

Böyük göllər:
Sarısu - 67.0 kv.km
Ağgöl - 56.2 kv.km
Ağzıbirçala - 37.0 kv.km
Mehman - 35.0 kv.km
Böyükşor - 9.2 kv.km
Hacıqabul - 8.4 kv.km

Dünyada ən böyük göl -Xəzər dənizi sahəsi 400000 km2, dərinliyi-1025 m.
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km-dir.
Xəzər dənizi ilə sərhəddinin uzunluğu Samur çayından Astaraçaya qədər 825 km-dir.

Ən yüksək dağ zirvəsi - Bazardüzü - 4466 m.

Böyük adalar:
Pirallahı - 14.4 kv. km
Çilov - 11.5 kv. km
Xərə-Zirə - 3.5 kv. km
Böyük-Zirə - 1.4 kv. km

Böyük çaylar:
Kür – 1515 km
Araz – 1072 km
Alazan (Qanıx) – 413 km
İori (Qabırrı) – 389 km
Samur – 216 km
Tərtər – 200 km

Müraciət

7 (495) 981-6777 Müraciət Əlaqə
QARABAĞ
  • Qarabağın tarixi
  • Qarabağ münaqişəsi
  • Xocalı soyqırımı
  • İşğal əraziləri
  • Erməni terroru
  • Dövlət siyasəti
TƏŞKİLAT
  • Vitse-prezidentlər
  • İdarə heyəti
  • Regionlar
  • Sənədlər
E-Bülleten

Mövcud anonslar və inkişaflar haqqında məlumat almaq üçün qeydiyyatdan keçin.

© Copyright 2019. RAİ