FİZULİ MƏMMƏDOVUN AVTOBİOQRAFİYASI
Həyatı
Fizuli Məmmədov 1964-cü il fevralın 9-da Azərbaycan SSR Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dünyaya gəlib. Çoxuşaqlı ailədə böyüyən Fizuli Məmmədovun valideynləri də əslən Ordubaddandırlar.
Anası Surə İbrahim qızı Süleymanova 1932-ci il fevralın 15-də Azərbaycan SSR Naxçıvan MR-in Ordubad rayonundan doğulub. Surə xanım 12 övlad böyütdüyü üçün “Qəhrəman ana” ordeninə layiq görülüb.
Atası Məmmədov Məmməd Məhərrəm oğlu 1928-ci il fevralın 7-də Azərbaycan SSR Naxçıvan MR-in Ordubad rayonunda dünyaya gəlib.
Ata babası Məmmədov Məhərrəm Məmməd oğlu 1887-ci ildə Naxçıvan qəzasının Ordubad şəhərində doğulub.
Ata nənəsi Məmmədova Rübabə Məhərrəm qızı 1902-ci ildə Naxçıvan qəzasının Ordubad şəhərində doğulub.
Ana babası Həsənov İbrahim Süleyman oğlu 1989-cu ildə Naxçıvan qəzasının Ordubad şəhərində dünyaya gəlib.
Ana nənəsi Bağırova Tacir Haşım qızı 1907-ci ildə Naxçıvan qəzasının Ordubad şəhərində doğulub.
Orta məktəbi bitirdikdən sonra Fizuli Məmmədov SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1983-cü ildə Rusiyaya köçüb.
O, 1996-cı ildə Moskva Dövlət Pedoqoji Universitetinin Hüquq fakültəsini bitirib. 2004-cü ildə Moskva Dövlət Açıq Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsinin aspiranturasının başa vurub və namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi dərəcəsini alıb.
İki oğul atasıdır.
Biznes və ictimai fəaliyyəti
Fizuli Məmmədov 1983-1989-cu illərdə SSRİ Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci il noyabrın 23-də Moskvada Rusiya azərbaycanlılarının ilk diaspor təşkilatı “Azərbaycan Birliyi” təsis olunub. Fizuli Məmmədov bu qurumun ideya müəlliflərindən və təşkilatçılarından biridir. “Azərbaycan Birliyi” Rusiya Federasiyasında yaradılan Azərbaycan diaspor qurumlarının özəyini təşkil edir.
1990-cı ildə o, “İnter-Sever” şirkətini yaradıb. Bu gün “İnter-Sever” Rusiyanın ən böyük investisiya şirkətlərindən biridir.
1995-ci ildə Fizuli Məmmədov təkcə Moskvada deyil, Rusiyanın bir sıra regionlarında və ölkədən kənarda böyük xeyriyyəçilik fəaliyyətilə məşğul olan “Frenk Fondu”nu yaradıb. Fond “Vətəndaş cəmiyyəti Rusiya uşaqları naminə” İctimai Birliyinin təsisçilərindən biri olmaqla yanaşı, Rusiya Xeyriyyə Qurumları Birliyinin üzvüdür.
1994-97-ci illərdə Fizuli Məmmədov prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Rusiyadakı Ticarət Nümayəndəliyi “Azkontrakt”ın baş direktoru vəzifəsinə təyin olunub.
1997-ci ildə Fizuli Məmmədov Bakıda «Azərbaycan XXI əsr», 1999-cu ildə isə Moskvada «Евразия Новости» qəzetini təsis edib. Böyük tirajla nəşr edirlən qəzetlər Azərbaycanın və regionun media məkanında qısa zamanda böyük nüfuz qazanıb.
1998-ci ildə ictimai-siyasi fəaliyyətini genişləndirən Fizuli Məmmədov “Azərbaycan - XXI əsr” Xalq Vətənpərvərlər Birliyi Partiyasını yaradıb.
Fizuli Məmmədov 2005-ci ildə Dünya Azərbaycanlıları Birliyi və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunu təsis edib və bugünə qədər hər iki qurumun prezidentidir. Dünya Azərbaycanlıları Mədəniyyət Fondu Qarabağ müharibəsində şəhid və qazi olan soydaşlarımız üçün ilə hər il böyük xeyriyyə kampaniyaları keçirir. Fondun xətti ilə onlarla şəhid və qazi ailəsinə mənzillər bağışlanıb, ehtiyacı olanlar Azərbaycanın, Türkiyənin, Rusiyanın ixtisaslaşmış xəstəxanalarında müalicəyə göndərilib.
2017-ci il fevralın 17-də Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən 5-ci qurultayında Fizuli Məmmədov Konqresin birinci vitse-prezidenti seçilib. 2019-cu ildə Rusiya Federasiyasının 56 subyektini təmsil edən Rusiya Azərbaycanlıları İttifaqını yaradıb və qurumun prezidenti seçilib.
Hazırda o, iqtisadi fəaliyyətini “Inter-Sever” Şirkətlər Qrupunun prezidenti, ictimai və xeyriyyəçilik fəaliyyətlərini isə Rusiya Azərbaycanlıları İttifaqının, Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti olaraq davam etdirir.
Mükafatları
2002-ci ilin iyununda Rusiya Federasiyası Əmək və Müharibə Veteranları Xeyriyyə Fondu Fizuli Məmmədovu xeyriyyəçilikdə xüsusi xidmətlərinin qarşılığında “Xeyrirxahlıq və səxavətə görə” medalı ilə təltif edir.
Fizuli Məmmədov 2002-ci ildən 3 dəfə I, II, III dərəcəli Böyük Pyotr Ordeninin kavaleri olub. Elm və təhsil sahələrinə böyük xidmətləri qarşılığında isə o, Lomanosov Ordeninə də layiq görülüb.
2003-cü ildə o, “Moskvanın 850 illiyi” xartirə medalı, rəhbərlik etdiyi “İnter-Sever” Şirkətlər Qrupu isə sahibkarlığın inkişafı və geniş xeyriyyəçilik fəaliyyətinə görə “Slava Rosii” (“Yaşasın Rusiya”) Ordeni ilə mükafatlandırlıb.
Fizuli Məmmədov 2004-cü ildən “Rusiya Xeyriyyəçisi” Ordeninin də sahibidir. 2005-ci ildə Böyük Vətən Müharibəsində qələbənin 60 illiyinin qeyd edilməsində təşkilatçılığına görə, ona “Velikaya Pobeda” (“Böyük qələbə”) ordeni təqdim olunub. Onun mükafatları sırasında Sovet Qoşunlarının “ADR-dən çıxarılmasının 15 illiyi” münasibətilə, ”Hərbi əməliyyatlar veteranı” medalları da var.
Qarabağ müharibəsində şəhid və qazi olanların ailələrinə dəstəyinə görə, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Fizuli Məmmədovu 2018-ci ildə “Vətən naminə”, 2019-cu illərdə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalları ilə mükafatlandırıb.